DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

04.01.2008

Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Eldəniz Əsədovdan 0,229 qram heroin götürülmüş, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Dəllər Cəyir kənd sakini, əvvəllər məhkum olunmuş Elşən Tağıyev 0,178 qram heroini satarkən tutulmuşdur. Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İsmayılova məxsus avtomaşının qaçırılmasında müəyyən edilmiş E.Rəhmanov və hadisənin törədilməsində iştirak etmiş digər şəxslər - Fəxrəddin Salayev və Səfər Rzayev tutulmuşlar. E.Rəhmanovdan 0,212 qram heroin götürülmüşdür.