DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonundakı Bakıxanov küçəsində yol-nəqliyyat hadisəsi

04.01.2008

Yanvarın 4-də saat 01.20 radələrində Nəsimi rayonundakı Bakıxanov küçəsində Gədəbəy rayon sakini Qalib Qayıbovun idarə etdiyi "Kamaz" markalı və Bakı şəhər sakini Şamil Əliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə "VAZ-2107" markalı avtomaşının sərnişini, Bakı şəhər sakini Oqtay Abdullayev hadisə yerində ölmüş, xəsarət almış Ş.Əliyev isə xəstəxanaya yerləşdirilmişdir. Nəsimit RPİ tərəfindən araşdırmalar aparılır.