Füzuli şəhər sakini Elxan Abbasovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən N.Həsənov saxlanılmışdır
15.07.2019Füzuli Rayon Polis Şöbəsinə iyulun 15-də Horadiz şəhəri ərazisində yerləşən çayxanalardan birinin həyətində naməlum şəxsin şəhər sakini Elxan Abbasovu bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinənin orada işləyən həmyerlisi N.Həsənov olması müəyyən edilmişdir.N.Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmişdir.
Faktla bağlı cinayət işi başlanmışdır.