Hövsan qəsəbə sakini H.Qasımovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
13.07.2019Daxil olmuş məlumat əsasında Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hövsan qəsəbə sakini H.Qasımovun yaşadığı evin yardımçı otağına baxış zamanı oradan 1 kiloqram 100 qram marixuana, həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.