Quldurluqda şübhəli bilinən paytaxt sakini O.Cəfərli saxlanılmışdır
10.07.2019İyulun 4-də Nizami RPİ 24-cü PŞ-yə müraciət edən Bakı şəhər sakini E.Talıbov ötən il noyabrın 23-də Q.Qarayev prospektində naməlum şəxsin onu bıçaqla hədələyib 340 manat dəyərində gümüş qolbağısını aldığını bildirmişdir.
24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini O.Cəfərli saxlanılmışdır.