Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Hüseynzadə saxlanılmışdır
23.06.2019Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 16-da şəhər ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynzadə saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin mart-may ayları ərzində daha 6 evdən qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.