Binəqədi rayonunun Azadlıq prospektində yol-nəqliyyat hadisəsi
11.06.2019İyunun 11-də saat 19 radələrində Binəqədi rayonunun Azadlıq prospektində Bakı şəhər sakini R.Kazımov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Vaqif Həsənovu vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.