Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Y.İmanov saxlanılmışdır
11.06.2019Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon ərazisində “Priora” markalı avtomobilin 4 ədəd təkər üzlüyünü oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.İmanov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun daha 3 evdən məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilmişdir.