Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini B.Həsənov saxlanılmışdır

06.06.2019

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini K.Heydərov iyunun 6-da saat 2 radələrində idarə etdiyi “London Taxi” markalı avtomobildə sərnişin qismində olan şəxslə Binə atçılıq yaşayış sahəsində aralarında münaqişə baş verdiyini, bu zaman həmin şəxsin onun qarın və qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etdiyini bildirmişdir.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini B.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Araşdırma aparılır.

06.06.2019 tarixinə olan kriminal məlumatlar