Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür
05.06.2019Əldə edilən məlumat əsasında Əlahiddə Çevik Polis Alayı və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 28 May qəsəbə sakini H.Nəsirova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 120 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Daxil olmuş məlumat əsasında Saatlı RPŞ-nin əməkdaşları tərəfindən Mollavaizli kənd sakini N.Mehdiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 278 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.