Yevlax rayonunun Bəydili kənd sakini C.Qurbanov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
30.05.2019Yevlax Rayon Polis Şöbəsinə Bəydili kəndi ərazisində kultivasiya yolu ilə çətənə kollarının yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.
Mayın 30-da həmin ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürülmüşdür.
Həmin gün gecə saat 1 radələrində çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə gəlmiş Əcəmi kənd sakini Cəmil Qurbanov saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərmişdir.Lakin polis əməkdaşlarının adekvat tədbirləri nəticəsində o, zərərsizləşdirilərək tutulmuşdur.
Polis əməkdaşları tərəfindən həmin ərazidən C.Qurbanov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.