Hacıqabul rayonunun Qarasu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
29.05.2019Mayın 29-da saat 12 radələrində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Bakı şəhər sakini N.Hüseynov idarə etdiyi “Toyota Prado” markalı avtomobili aşırmışdır. Nəticədə sərnişini olan anası Afət Hüseynova hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.