Yol-nəqliyyat hadisəsi zamanı xəasrət almış Şirvan şəhər sakini Dmitriy Çikunov yerləşdirilmiş xəstəxanada ölmüşdür
29.05.2019Mayın 28-də saat 23 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində şəhər sakini E.Həsənov idarə etdiyi “QAZ-31029” markalı avtomobillə yolu keçən həmyerliləri Dmitriy Çikunovu və X.Məmmədovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş D.Çikunov orada ölmüş, X.Məmmədovun vəziyyəti orta-ağırdır.
Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.