Neftçala rayonunun Qaçaqkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23.05.2019Mayın 23-də saat 5 radələrində Neftçala rayonunun Qaçaqkənd kəndi ərazisində Yardımlı rayon sakini Səlim Mirzəyev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusu qarşıda gedən Lənkəran rayon sakini, S.Ağayevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurmuşdur.
Nəticədə mikroavtobusun sürücüsü və 3 sərnişini hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.