Ələt qəsəbə sakini K.Hidayətovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
23.05.2019Qaradağ RPİ 11-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt qəsəbə sakini, əvvəllər məhkum olunmuş K.Hidayətovdan 8 qrama yaxın, habelə qəsəbənin ərazisində gizlətdiyi bağlamadan isə 300 qram marixuana aşkar edilərək götürülmüşdür.