Lerik rayonunda fevralın 2-dən itkin düşmüş A.İsmayılovun meyiti tapılmışdır
20.05.2019Cari il fevralın 2-də Bakı şəhər sakini Abil İsmayılovun Lerik rayonunun Tatonu kəndində qohumlarının evindən çıxaraq itkin düşməsi barədə Lerik Rayon Polis Şöbəsinə müraciət daxil olmuşdur.
Müraciətlə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır.
Mayın 19-da A.İsmayılovun çürüməyə məruz qalmış meyiti Mistan kəndi ərazisində tapılmışdır.Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən meyitin yaxınlığında torbanın içərisində çəkisi 4 kiloqrama yaxın tiryək, 5,2 kiloqramdan artıq heroin və 1000 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür.