Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
14.05.2019Mayın 14-də saat 5 radələrində Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Ağcabədi rayon sakini Məhərrəm Məmmədov vurulmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.