DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İsmayıllı rayonunun Qubaxəlilli kəndində yol-nəqliyyat hadisəsi

24.12.2007

Saat 17.00 radələrində İsmayıllı rayonunun Qubaxəlilli kəndində, Ağsu rayon sakini Yaqub Həşimovun idarə etdiyi "Mercedes" markalı və Tərtər rayon sakini Cahanda Tanrıverdiyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə "VAZ-2106" markalı avtomaşının sərnişini, Göyçay rayon sakini Faiq İbrahimov hadisə yerində ölmüş, xəsarət almış sürücü C.Tanrıverdiyev isə xəstəxanaya yerləşdirilmişdir. İsmayıllı RPŞ tərəfindən araşdırmalar aparılır.