Balakən rayonunda yol-nəqliyyat hadisəsi
24.12.2007Saat 18.00 radələrində Balakən rayonunun Poştbinə kəndindəki meşə zolağında, kənd sakini Yusif Xəlilov "QAZ-66" markalı dövlət qeydiyyat nişanı olmayan avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə Y.Xəlilov hadisə yerində ölmüşdür. Balakən RPŞ tərəfindən araşdırmalar aparılır.