DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

24.12.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əzizbəyov RPİ 2-ci PB əməkdaşları Buzovna qəsəbə sakini Elnur Yunusovdan 0,027 qram heroin, Nəsimi RPİ əməkdaşları Bakı şəhər sakini Yavər Salayevdən 0,111 qram heroin, ona məxsus «Hunday Tukson» markalı avtomaşına baxış zamanı əlavə 1,398 qram heroin, İmişli RPŞ əməkdaşları rayon sakini Nahi Həsənovdan 0,883 qram heroin götürmüşlər. Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zakir Ayvazova narkotik vasitə satmış Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Çingiz İbrahimov tutulmuşdur. Ondan 0,451 qram heroin götürülmüşdür.