Quldurluqda şübhəli bilinən Masallı rayon sakini F.Ağayev saxlanılmışdır
22.04.2019Aprelin 22-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində naməlum şəxs E.Saidovaya zor tətbiq edərək içərisində 260 manat və 18000 rubl olan çantasını almışdır.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini F.Ağayev saxlanılmışdır.