Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmış Bakı şəhər sakini A.Umnyaşkin müəyyən edilərək saxlanılmışdır
17.04.2019Aprelin 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini R.Əzizov vurulmuşdur.
Ayaq nahiyəsindən xəsarət almış piyada xəstəxanaya müraciət etməmişdir.
Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Umnyaşkin müəyyən edilərək saxlanılmışdır.