Xəzər rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində iki bacısına bıçaqla xəsarət yetirmiş M.Əlimanov tutulmuşdur
15.04.2019Aprelin 16-da saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşayan Səadət Əlimanovanın evinə gəlmiş qardaşı, əvvəllər məhkum olunmuş Muxtar Əlimanov ailə-məişət münaqişəsi zəminində ona və orada yaşayan digər bacısı Məlahətə bıçaqla xəsarət yetirmişdir.
Səadət hadisə yerində ölmüş, Məlahət isə xəstəxanaya yerləşdirilmişdir.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən M.Əlimanov tutulmuşdur.Araşdırma aparılır.