Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nizami rayonu ərazisindəki mənzillərin birindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən S.Abdulova saxlanılmışdır

07.04.2019

Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olmuşdur.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən orada xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılmışdır.

Araşdırma aparılır.