Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini R.Səmədovun “Mitsubishi” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən M.Məmmədov avtomobillə birgə saxlanılmışdır

07.04.2019

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Səmədov aprelin 7-də saat 9 radələrində Ə.Əliyev küçəsində yerləşən dayanacaqdan “Mitsubishi” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.  

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanılmışdır.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin dayanacaqda gözətçi işləyən paytaxt sakini M.Məmmədov saat 11 radələrində polis əməkdaşları tərəfindən Suraxanı rayon ərazisində avtomobillə birgə saxlanılmışdır.

Araşdırma aparılır.