Oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar
07.04.2019Polis əməkdaşlarının sayıqlığı sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.
Aprelin 7-də saat 1 radələrində Keşlə dəmiryolu stansiyasının ərazisindən 10 ədəd relsi oğurlamağa cəhd göstərən 3 nəfər Nizami RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Keşlə Xətt Polis Bölməsinə təhvil verilmişlər.
Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Şamaxı rayon sakini M.Xəlilov, Sumqayıt şəhər sakini İ.Ağayev və Bakı şəhər sakini S.Xanıyev olduqları müəyyən edilib.Araşdırma aparılır.