Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Daşkəsən rayon sakini M.Sadıqov saxlanılmışdır

03.04.2019

Martın 31-də saat 23 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Ümid qəsəbə sakini Əfsanə Qurbanova vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.

Baş İstintaq və Təhqiqat, Baş Cinayət Axtarışı və Baş Dövlət Yol Polisi idarələri əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KamAZ” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Görülmüş tədbirlərlə yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Daşkəsən rayon sakini M.Sadıqov saxlanılmışdır.

Faktla bağlı cinayət işi başlanılmışdır.