Mağazaların birindən oğurluqda şübhəli bilinərək saxlanılmış Zirə qəsəbə sakini T.Əliyevin daha 2 marketdən oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir
26.03.2019Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən martın 5-də rayon ərazisindəki mağazaların birindən 400 manat oğurlamaqda şübhəli bilinən Zirə qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 17-də daha 2 marketdən oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir.