Xəzər rayonu ərazisindəki evlərin birindən pul və televizor oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
23.03.2019Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 146 manat və televizor oğurlamaqda şübhəli bilinən Binə qəsəbə sakinləri F.Rzayev və V.Seyfullazadə saxlanılmışlar.
V.Seyfullazadənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun digər bir evdən 410 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.