Ağcabədi rayonu ərazisindəki 3 evdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Z.İbrahimov saxlanılmışdır
20.03.2019Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 17-18-də rayon ərazisindəki 3 evdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq etdiyinə görə məhkum olunmuş Z.İbrahimov saxlanılmışdır.
RPŞ əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri ilə martın 18-də rayon ərazisindəki kafelərdən birindən spirtli içki oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Hüseynov və Ə.İsmayılov saxlanılmışlar.
Ə.İsmayılovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri R.Əsədov və R.Hüseynovla birgə bu il yanvarın 24-də rayon ərazisindəki evlərdən birindən televizor oğurlaması da müəyyən edilmişdir.Görülmüş tədbirlərlə R.Əsədov və R.Hüseynov da saxlanılmışlar.