Gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılmışdır
18.03.2019Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılmışdır.