Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobillərdən oğurluqda şübhəli bilinən paytaxt sakini N.Cəfərov və Şəmkir rayon sakini S.Pənahov saxlanılmışlar

18.03.2019

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər polis əməkdaşları tərəfindən yaxalanıblar.

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 16-da Bakı şəhər sakini V.Mahmudovun “Mercedes” markalı avtomobilindən 200 manat və gödəkçə oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Cəfərov saxlanılmışdır.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə E.Ağazadənin “BMW” markalı avtomobilindən noutbuk və sənəd oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov saxlanılmışdır.
Hər iki faktla bağlı araşdırma aparılır. 

18.03.2019 tarixinə olan kriminal məlumatlar