Avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinən İsmayıllı şəhər sakini A.Məmmədov saxlanılmışdır
14.03.2019İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da “VAZ-2103” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Məmmədov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun martın 14-nə keçən gecə daha 2 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.