Gəncə şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
13.03.2019Martın 13-də saat 12 radələrində Gəncə şəhərinin ərazisində Samux rayon sakini K.Abdullazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Səftər Qəribovu və onun oğlu Anarı vurmuşdur. Nəticədə ata aldığı xəsarətlərdən hadisə yerində ölmüş, oğlu isə xəstəxanaya yerləşdirilmişdir.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.