Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayonunda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

12.03.2019

Ağcabədi rayonunda polis əməkdaşları külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayət görə məhkum olunmuş İ.Həsənov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları onun yaşadığı evdən əlavə olaraq çəkisi 6 kiloqram 100 qram marixuana aşkar edərək götürmüşlər.

Faktla bağlı cinayət işi başlanılıb.