Ağstafa şəhər sakinləri S.Ərəbovdan 130 qramdan artıq heroin və 22 qramdan artıq metamfetamin, M.Əsgərovdan 1 qrama yaxın heroin götürülmüşdür
03.03.2019Daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Baş Dövlət Yol Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağstafa şəhər sakini O.Hacıyevin idarə etdiyi “Khazar” markalı avtomobil saxlanılmışdır.
Şəxsi axtarış zamanı sərnişinlər - Ağstafa şəhər sakinləri S.Ərəbovdan 130 qramdan artıq heroin və 22 qramdan artıq metamfetamin, M.Əsgərovdan 1 qrama yaxın heroin götürülmüşdür.