Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini T.Atakişiyev saxlanılmışdır
28.02.2019Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il aprelin 16-dan cari il fevralın 12-dək olan müddətdə rayon ərazisindəki 1 qarajdan su mühərriki, 5 evdən isə məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş T.Atakişiyev saxlanılmışdır.