DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
27.02.2019Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Zeynalovdan 9 qrama yaxın heroin, həmçinin metamfetamin aşkar edilərək götürülmüşdür.
Davam edən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədoğlu da müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 93 qrama yaxın heroin, həmçinin metamfetamin, “Hyundai” markalı avtomobilindən isə elektron tərəzi aşkar edilərək götürülmüşdür.