Axtarışda olan Qazax rayon sakini E.Eyvazov saxlanılmışdır
17.02.2019Nəsimi RPİ 19-cu PŞ və Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş, Qazax rayon sakini E.Eyvazov saxlanılmışdır.
Ətrafında aprılmış tədbirlərlə onun fevralın 7-də bir mağazadan 1200 manat, noutbuk və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.