Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini P.Eyvazov saxlanılmışdır
13.02.2019Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən akkumulyator, 1 evdən gümüş əşyalar və 1 qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Eyvazov saxlanılmışdır.