Dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini saxlanılmışdır
01.02.2019Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Şıxməmmədov yanvarın 31-nə keçən gecə İ.İsmayılov küçəsində “VAZ-21099” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlandığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları ilə birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş S.Rəsulov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.