Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zaqatala şəhər sakini X.İsmayılova güclü təsiredici xüsusiyyətə malik “Diazepam” dərman preparatını qanunsuz olaraq satdığı üçün saxlanılmışdır

30.01.2019

Zaqatala Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birində qanunsuz olaraq psixotrop tərkibli dərmanların satılması barədə məlumat daxil olub.  

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində güclü təsiredici xüsusiyyətə malik “Diazepam” dərman preparatını qanunsuz olaraq satdığı üçün həmin aptekdə işləyən şəhər sakini X.İsmayılova polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Əməliyyat-axtarış tədbirləri zamanı aptekdən 437 ədəd və 4 ampula psixotrop dərman preparatları aşkar edilərək götürülmüşdür. 

Araşdırma aparılır.

30.01.2019 tarixinə olan kriminal məlumatlar