Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluqda şübhəli bilinən Hökməli qəsəbə sakini H.Bayramov saxlanılmışdır

27.01.2019

Abşeron Rayon Polis İdarəsinə ötən il dekabrın 6-da saat 4 radələrində Hökməli qəsəbəsindəki evlərin birinə pəncərədən girmiş maskalı şəxsin bıçaqla ev sahibəsini hədələyib pul və qızıl əşyalar verməsini tələb etməsi, evdə dəyərli əşya olmadığından oranı tərk etməsi, bir neçə gün sonra təkrarən eyni üsulla həmin evə girib oradan oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olmuşdur. 

Polis əməkdaşları tərəfindən müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini H.Bayramov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun qəsəbə ərazisindəki daha bir evə girib oradan 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması, bir müddət sonra təkrarən eyni ünvana pəncərədən girərək ev sahibinin arvadı və qızını quldurluq yolu ilə hədələyib oradan gümüş əşyası aparması da müəyyən edilmişdir.

Araşdırma aparılır. 

27.01.2019 tarixinə olan kriminal məlumatlar