Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Həsənov avtomobillə birgə saxlanılmışdır

27.01.2019

Yanvarın 27-də saat 17 radələrində Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini A.Soltanovun idarə etdiyi  “Chevrolet-Malibu” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal əməliyyat tədbirlərinə başlanılıb.

Bakı şəhər Dövlət Yol Polis İdarəsi, 13-cü Polis Bölməsi və Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Həsənov Xətai rayonu Gəncə prospektində avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.  

27.01.2019 tarixinə olan kriminal məlumatlar