Qanunsuz ov edən şəxslər saxlanılmışlar
26.01.2019İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz ov edən 2 şəhər sakini saxlanılmışdır. Onlardan 1 ədəd müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülmüşdür.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Bəyimsarov kəndi ərazisində qanunsuz ov edən 2 kənd sakini saxlanılmışdır. Onlardan 2 ədəd müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 3 ədəd patron götürülmüşdür.