Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gizlədilmiş narkotik götürüldü

23.01.2019

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat  tədbirləri nəticəsində qanunsuz olaraq narkotik əldə etmə və üzərində daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Maştağa qəsəbəsi ərazisindəki  yarımtikilidə gizlətdiyi əlavə 510 qram heroin də polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

23.01.2019 tarixinə olan kriminal məlumatlar