DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 111 cinayət faktı qeydə alınmışdır

21.01.2019

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınmış, onların da 11-i “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunmuşdur.   
  • Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 9 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılmışdır.

21.01.2019 tarixinə olan kriminal məlumatlar