Gün ərzində 120 cinayət faktı qeydə alınmışdır
12.01.2019Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 120 cinayət faktı qeydə alınmış, onların da 30-u “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılmışdır.