Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qanunsuz təşkil olunan dini yığıncağın iştirakçıları saxlanılıb

11.01.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Binəqədi RPİ 4-cü Polis Şöbəsi, Dövlət Təhlükəsizlik Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları yanvarın 10-da Binəqədi rayonu ərazisindəki evlərin birində əməliyyat tədbiri keçiriblər.

Nəticədə Rusiya Federasiyasının vətəndaşları olan 9 nəfərin həmin ünvanda qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilmişdir.

Evə baxış zamanı 5 ədəd dini təyinatlı ədəbiyyat (xristianlığı təbliğ edən kitab), 113 ədəd CD disk və 28000 ədəd vizit kart aşkar edilərək götürülmüşdür.

Onlar barəsində Azərbaycan Respubublikası İnzibati Xətalar Məcəlləsinin 515-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsi ilə protokol tərtib edilmiş və həmin şəxslər ölkə hüdudlarından kənara çıxarılmışlar.

Araşdırmalar aparılır.