Gün ərzində 83 cinayət faktı qeydə alınmışdır
23.12.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 83 cinayət faktı qeydə alınmış, onların da 11-i “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 6 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 5 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılmışdır.